Hollivud ulduzlarını geyindirən dizeyner “Anar İmmagine” adıyla tanınan Anar Şərifli Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, bu haqda teleaparıcı Hacı Nuran sosial şəbəkədə məlumat paylaşıb:
“Hollivud ulduzlarını geyindirən, Nyu-York, London, Moskvada “Anar İmmagine” moda studiyalarının sahibi olan, tanınmış, dünya şöhrətli dizayner Anar doğma Bakımıza gəlib”.
Anarın kolleksiyasından geyinən Hollivud aktyorları arasında Endi Qarsiya, Erik Roberts, Mark Dakaskos, Maykl Madson, Armand Assanti də yer alır.
Pərvin