Bu gün tanınmış teleaparıcı İradə İsaqın toyudur. Aparıcı Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi, jurnalist Yaşar İsakovla ailə həyatı qurur.
Teleqraf.com-a açıqlama verən İradə İsaq toyunun mediaya qapalı olacağını deyib: “Məclisimiz mediaya qapalı olacaq. Şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Eləcə də həyatımın geniş müzakirə edilməsini istəmirəm.
Tamaşaçım məni efirdə görür. Ona görə şəxsi həyatımla heç kəsi məşğul etmək istəmirəm. Düşünürəm ki, hər insan öz işi ilə tanınmalıdır . Buna görə mediadan da üzr istəyirəm. Çünki özüm də jurnalistəm. Başaqlarında belə şeyləri görəndə yaxşı baxmıram.
Bu gün bizim özəl günümüzdür. Həm də ad günümü qeyd edirəm. Ad günümə görə toyumuzu bu günə təyin etmişik”.
Toy əyləncə məkanlarının birində baş tutacaq.
Rəqsanə