“Ömrünü incəsənətlə heç bir əlaqəsi olmayan yerlərdə keçirən qızların filmə və ya seriala əsas rola təsdiq olunmasına nə deyək? Bunların arxasında kimlər durur, çox maraqlıdır. Nə qədər ki, qapını bağlayıb elələrini də çölə çıxarmayacaqsız, bu incəsənət deyilən məkan düzələn deyil”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Həyat sən nə qəribəsən” serialı ilə tanınan Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova sosial şəbəkədə yazıb.
Müğənnilərin film və seriallara çəkilməsinə münasibət bildirən aktrisa bu işlərdə şəxsi əlaqələrin böyük rol oynadığını vurğulayıb:
“Müğənniləri anladıq niyə çəkirlər… Serial və ya film üçün sponsor onun hesabına əldə olunur. Bəlkə bizim bilmədiyimiz bəzi məsələlər də var... Bəs ömrünü incəsənətlə heç bir əlaqəsi olmayan yerlərdə keçirən qızların gətirilib filmə və ya seriallara əsas rollara təsdiq olunmasına nə deyək? Bunların arxasında kimlər durur, çox maraqlıdır.
Heç görüntüləri də yoxdur. Görünüşləri qüsurlarla doludur. Çənələri belə düzgün açılmır. Filmə belələri çəkilirsə, onda biz Mədəniyyət və İncəsənət Univeristetini niyə oxumuşuq? ”
Pərvin