1 Sentyabr 2016 20:05
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metrodan istifadə edən aparıcı Aytən Səfərova ventilyasiya sisteminin işləməməsindən şikayət edib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova sosial şəbəkədə bu sözləri yazıb: “Bakı metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər stansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz. Bu, nədir? Metroda, qatarlarda ventilyasiya deyilən şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Ventilyasiya sistemini düzəldin, insanlara belə zülm verməyin!”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər