4 Sentyabr 2016 09:25
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni mövsümdə “Fox Tv”də yayımlanacaq “Muhteşem Yüzyıl Kösem Sultan” serialında obrazları canlandıracaq aktyorların adları da dəqiqləşir.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, serialda “Əhməd Çələbi” rolunu oynamaq üçün aktyor Nəcib Məmili ilə razılıq əldə olunub.

“Dila Hanım” serialında “Azər Barazoğlu” obrazı ilə yaddaşlarda qalan aktyor, artıq “Kösəm Sultan”ın hazırlıqlarına qoşulub.

Bundan başqa, “Ayşə Sultan” obrazını da Leyla Ferayın oynayacağı dəqiqləşib.

Qeyd edək ki, serialın rejissoru Çağatay Tosundur.


Müəllif: