Tanınmış müğənni Linet böyük şok yaşayıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, evlilik hazırlığında olan Linet
nişanlısı, fransız iş adamı Laurent Zaimonovicin evli olduğunu öyrənib.
Linet nişanlısının hədiyyə etdiyi 1 milyonluq “Porsche” markalı avtomilini də geri qaytarıb.
Müğənni beş ay əvvəl Laurent Zaimonovic ilə nişanlanmışdı. Cütlüyün bir aydan sonra Parisin cənubundakı “Villandry Qəsri”ndə evlənəcəyi planlaşdırılırdı. İfaçıya həqiqəti nişanlısının həyat yoldaşı telefon vasitəsilə bildirib.
"Təəəssüf ki, hər bir qadın kimi mən də aldatılmışam. Hələ də şokdayam" - Linet bu sözlərlə kədərini ifadə edib.
Rəqsanə