Aparıcı Vüsalə Əlizadənin keçmiş həyat yoldaşı Azər İsmayılov evlənir.
İkinci dəfə ailə qurmağa hazırlaşan Azər İsmayılov Teleqraf.com-a açıqlamasında toyunun sentyabrın 24-də baş tutacağını deyib: “Sevdiyim xanımla evlənirəm. Əsas odur ki, xoşbəxtəm, ailəm olacaq. Xanımın hansı sahədə çalışdığını demək istəmirəm”.
Aparıcı “Keçmiş həyat yoldaşınız Vüsalə xanım və qızınız evliliyinizi necə qarşılayır?” sualını tərrəddüdlə cavablandırıb: “O haqda danışmaq istəmirəm. Övladım başımın tacıdır. Hər zaman atası olaraq arxasındayam. Onun heç bir şeyə aidiyyatı yoxdur”.
Aparıcı onu da qeyd edib ki, “Yoxlama” verilişi tezliklə ATV-də tam lisenziyalı formatda yayımlanacaq.
Azər İsmayılov aparıcı Vüsalə Əlizadə ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb və bir qızları var.
Rəqsanə