6 Sentyabr 2016 18:20
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər şeyi görür və hər şeyi hiss edirəm. Sadəcə, mənə lazım olanı saxlayıram. Qalan hər şey boş şeydi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Həyat, sən nə qəribəsən” serialı ilə məşhurlaşan Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva instaqram hesabından yazıb.

Bərk əsəbiləşən aktrisanın şikayətinin teatrla bağlı olduğu güman olunur: “Sezon açıldı, məşq etmək lazımdır. Mən nə isə eləmirəmsə, o demək deyil ki, bunu edə bilmirəm. Ürəyim istədiyi kimi hər şeyi edirəm. Hər şeyi görür və hər şeyi hiss edirəm. Sadəcə, mənə lazım olanı saxlayıram. Qalan hər şey boşdur. Ürək lazımdır, ürək. O da ki, hər kəsdə yoxdur. Adamın ruhu təmiz olmalıdır. Hamıya uğurlar”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər