22 Aprel 2014 15:16
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Enrike İqlesias sevgilisi Anna Kournikova ilə atası Xulio İqlesiası indiyədək bir-biri ilə tanış etmədiyini açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə Enrike İqlesias keçmiş tennisçi Anna Kournikova 2001-ci ildə klip çəkilişləri zamanı tanış olublar. Anna ilə 13 ildir ki, sevgili olan Enrikenin bu açıqlaması atası ilə soyuq münasibətlərindən xəbər verir:

“Ailəmdəki hər kəs Annanı tanıyır amma atam hələ ki, onunla tanış olmayıb. Bu mənim deyil, atamın günahıdır”.

Pərvin


Müəllif: