8 Sentyabr 2016 01:35
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Demet Akalın sənətdəki 20-ci ili üçün xüsusi alboma hazırlayır.

Yeni albomunda 15 mahnı daxil edən ifaçı, hər əsərin aranjimanı üçün 10-15 min avro ödəyib.

Demet digər xərclər də daxil olmaqla alboma ümumilikdə 1,5 milyon lirə xərc çəkib. Bu isə Türkiyədə bu vaxta qədər ən bahalı albom deməkdir.

Məlumata görə, D.Akalın “Bağdad” mahnısı ilə məşhurlaşan Ayla Çelikdən hər biri 60 min lirə (təxminən 32 min manat) olan 5 mahnı alıb. Daha bir mahnı almaq istəyən Demet və Ayla qiymətdə razılaşa bilməyiblər. Çünki, A.Çelik bu səfər 120 min lirə istəyib.

İkili arasında küsülülük yaranıb. Lakin, Demetin həyat yodaşı Okan Kurt araya girərək problemi həll edib.

/Axşam.az/


Müəllif: