Model-aktrisa Serenay Sarıkaya müğənni Demet Akalının albom təklifini ikinci dəfə rədd edib.
Teleqraf.com Türkiyə KiV-ə istinadən xəbər verir ki, Serenay Sarıkaya marka üzü olduğu “Asmalımescit” partisinə qatılıb. Gecədə Teomanla birlikdə mahnı oxuyan aktrisa jurnalistlərin “Demet Akalının albom təklifinə necə baxırsınız?” sualını cavablandırıb: “Təklifinə görə təşəkkür edirəm, amma mən aktrisayam. Sadəcə xoşbəxt olmaq üçün oxuyuram”.
Bir neçə gün öncə Demət Akalın instaqramda “Bu qız “rockstar” olmalı, mahnı oxumalıdır. İkinci dəfə deyirəm ki, səninlə albom hazırlamağa hazıram” şərhini yazmışdı.
Rəqsanə