8 Sentyabr 2016 21:52
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Humay Muxtarovanın nişanı olub.

Teleqraf.com xəbər verir ki, Humay Muxtarovaya nişan üzüyünü qızı taxıb:

“Nişanlım tanınmış insandır. O, Maltada yaşayır. İşləri ilə əlaqədar gələ bilmədiyinə görə, təkqaş üzük göndərdi. Nişanlımın kimliyini açıqlamayacağam, toyda hər kəs görəcək. O qızıma tapşırdı ki, ananın üzüyünü barmağına özün tax”.

Humay Muxtarova nişanı ilə yanaşı 34 yaşını da qeyd edib: “Hazırda həm doğum günüm, həm də nişan günümdür. Sevincliyəm. Yaşımın üzərinə yaş gəlir. 34 yaşım tamam olur və özüm boyda qızım var. Özümə qadın xoşbəxtliyi arzu edirəm. Xoşbəxtlik var-dövlətdən, hər şeydən də önəmlidir. Gələn hər bir qonağa təşəkkür edirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər