Müğənni Rəqsanə İsmayılova 16000 min dollar pul borclu olduğu türkiyəli musiqiçi Caner Tepeciklə münasibətlərinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova Caner Tepeciklə məsələni həll etdiyini bildirib: “Allahım hər birimizə kömək olsun. Dünən haqqımda bir yazı çıxdı və boş-boş yazmağa başladılar. Mən isə susdum, çünki günahkar olan adam qışqırar, danışar, günahı olmayan isə susar və haqq yerini tapar. Bəzi mətbuat nümayəndələrinə demək istəyirəm ki, hər şeyi halallıqla qazanın! Vallah, bu həyatdan heç kim heç nə aparan deyil. Caner bu gün səhvini başa düşdü. Niyə biz millət olaraq bir-birimizə badalaq vururuq? Heç kimin haqqına girməmişəm və girmərəm. Allahımdan qorxan insanam! Nazim Məmmədov illərdir tanıdığım dostumdur. Ola bilər ki, hövsələsizlik edər, amma ortaq dostlarımız var. Nə olsa da, hər şeyi bağışlamağı bacarırıq. Bizim reklam olunmağa ehtiyacımız yoxdur. Qalmaqalı yeni çıxan müğənni etsin, biz artıq sözümüzü demiş insanlarıq. Şükürlər olsun ki, düzgünlük ortaya çıxdı”.
Bəstəkar-müğənni Haci Nazim saytımıza açıqlamasında Rəqsanə İsmayılova ilə Caner Tepeciyin iş birliyində vasitəçi olduğunu və borc məsələsinə görə narahat olduğunu qeyd etmişdi.
Caner Tepecik Primetime.az-a açıqlamasında Rəqsanə İsmayılova ilə münasibətlərinin normallaşdığını və məsələni həll etdiyini deyib.
Caner Tepecik ötən gün Rəqsanə İsmayılovanın dörd mahnısını oranjeman etdiyini və müğənninin ona 16 min dollar borclu olduğunu deyib. Caner müğənni tərəfindən hədə-qorxuya məruz qaldığını da iddia edib.
Aylin