Böyük Britaniyanın Slau şəhərinin sakini Harnaam Kaur ən gənc saqqallı qadın olmaqla dünya rekorduna imza atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ginnesin Dünya Rekordu saytında məlumat yerləşdirilib. 24 yaşlı H.Kaur model kimi çalışır. Qeyd olunur ki, onun saqqalının uzunluğu 15 santimetrdən çoxdur. Qızın sözlərinə görə, yeniyetmə vaxtlarında öz xəstəliyinin məxsərəyə qoyulmasından iztirablar çəkib və yaranmış kompleksini aradan qaldırmaq üçün saqqalını uzatmaq qərarına gəlib.
Ginnesin Rekordlar Kitabında qeyd olunur ki, H.Kaur bu ilin martında London Moda Həftəsi çərçivəsində podiuma çıxan ilk saqqallı qadın olub.
2015-ci ilin oktyabrında Çindən olan Gi Menq adlı qadının Ginnesin Rekordlar Kitabına düşmək üçün 35 ildir saçlarını uzatdığı məlum olmuşdu. Həmin məlumatda qeyd edilirdi ki, Yunnan əyalətində yaşayan myao xalqının nümayəndəsi olan 59 yaşlı Gi Menqin hörüyünün uzunluğu 2,52 metrdir. O, 24 yaşından etibarən saçlarını kəsdirmir.
Səxavət