11 Sentyabr 2016 16:05
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası II Yelizaveta dünyanın ən dəbli insanlarının siyahısına daxil edilib. Teleqraf.com xəbər verir ki, “Vanity Fair” jurnalının açıqladığı reytinq siyahısına II Yelizaveta rolunu canlandırmış aktrisa Helen Mirrenin də adı daxil edilib.

Ən dəbli qadınların reytinq siyahısında, həmçinin, Niderland şahzadəsi Maksima, britaniyalı yazıçı Zedi Smit, amerikalı aktrisa və model An Duonq, fransız balerina Aurelie Düpon və digər tanınmışlar yer alıb.

Ən dəbli kişilərin siyahısına ABŞ-ın vitse-prezidenti Cozef Bayden, Danimarka taxt-tacının vəliəhdi Frederik, Britaniya şahzadəsi Harri, amerikalı art-diler Vito Şnabel və Kanadanın baş naziri Castin Trüdo daxil edilib.

“Hollivud” kateqoriyası üzrə siyahıda Fan Binbin, İdris Elba, Lili Ceyms, Eddi Redmeyn yer alıb. Digər kateqoriyalar üzrə Kembric hersoqinyası Ketrin, futbolçu Devin Bekhem, müğənni Ledi Qaqa kimi məşhurların adlarını çəkmək olar.

Jurnalın “Ən dəbli cütlüklər” kateqoriyasında “Fiat Chrysler”in rəhbəri Con Elkann və xanımı Lavinia, yazıçı və illüstrator Cuman Malouf və onun əri, rejissor Ves Anderson, ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama yer alıb.

II Yelizaveta 1926-cı ildə anadan olub. 1952-ci ildən Britaniya taxt-tacının sahibidir.

Səxavət


Müəllif: