11 Sentyabr 2016 21:57
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı məşhur aktrisa Pərvin Abıyeva nişanlısından ayrılıb. Aktrisa sosial şəbəkədə bu haqda paylaşım edib.

Aktrisa bu ayrılığı həyatının ən böyük zərbəsi kimi dəyərləndirib: "Günaydın hərkəsə. Bütün izləyicilərim, bütün xəbər saytları, məni sevənlər və sevməyənlər, istəyirəm bir məsələyə açıqlıq verim. Hər birinizin bildiyi kimi uzun müddətli bir münasibətim var idi. Evliliyə, ailə həyatına hazırlaşırdım. Bilirəm hər kəs gözləyirdi, hamı soruşurdu.

Amma artıq gözləməyin, çünki elə bir şey olmayacaq. Həyatımın ən böyük zərbəsini aldım, ona görə də bundan sonrakı həyatımı ancaq işimə, ailəmə həsr edəcəm! Ağır günlər keçirirəm, qısa bir müddət sosial şəbəkələrdən istifadə etməyəcəm. İnşallah məni anlayarsız. Məni sevənlər dərdimə şərik olacaq, sevməyən isə sevinib, göbək atacaq, "mən demişdim" deyəcək. Heç maraqlı da deyil kim nə deyəcək! Heç kim bilə bilməz səbəb nədi, niyə oldu, bunu ancaq o və mən bilirik. Ona görə də artıq-əskik danışıb daha da qəlb qırmaq lazım deyil! Həyat davam edir, onlu, ya onsuz. Acı həqiqətdir, bununla barışdım! Hər kəsi Allahı ilə baş-başa buraxıram!".


Müəllif:

Oxşar xəbərlər