11 Sentyabr 2016 23:12
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sonsuz Aşk" adlı filmi üçün çəkiliş meydançasında olan Fahriye Evcen yaşadığı xoşbəxt dəqiqələri sosial şəbəkədən paylaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmkarı Burak Özçivitlə evlilik düşünən aktrisa çəkilişlərin ilk gününə hədiyyə ilə başlayıb. Burakın ona göndərdiyi böyük gül buketi və şirniyyatın sevincini izləyiciləri ilə bölüşən Fahriye qeyd edib:

"Üzümdəki xoşbəxtliyin səbəbi Burak Özçivit. Çəkilişlərin ilk gününə gülüm və şirniyyatla başladım. "Sonsuz aşk" filmimiz xeyirli olsun".


Müəllif:

Oxşar xəbərlər