12 Sentyabr 2016 12:32
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir küsülü olan xalq artistləri Aygün Kazımova və müğənni Natavan Həbibi barışıb.

Teleqraf.com xəbər verir ki, hər iki məşhur “ATV maqazin onlarla” verilişində küsülülüyə son qoyublar. Aygün Kazımova həmkarının barışmaq istəyinə qarşılıq verib: “Natavanın bu addımını çox yüksək qiymətləndirirəm və ona “hə” deyirəm. Əgər kiçik addım atıbsa, böyük ona can-başla cavab verməlidir. Hərdən elə hadisələr baş verir ki, olmayan sözləri danışırlar. Ətrafımızda insanı durduğu yerdə özündən çıxaracaq adamlar var.

Mən sülh tərəfdarıyam. Münasibətlərimizdəki soyuqluq ömür boyu davam edə bilməz axı. Bu kini, küsülülüyü, nifrəti saxlamaq insanın özünə ziyandır”.

Natavan Həbibi bir müddət öncə xalq artisti ilə münasibətlərindəki soyuqluğa son qoymaq istədiyini demişdi: “Deyəsən, mən böyümüşəm və mehribanlıq istəyirəm. Amma bir şərtim var, bu sənət üçün deyil, səmimi olmalıdır.

Fikirləşirsən ki, salam versən, salamımı almazlar, düzgün başa düşməzlər. Aygün Kazımova ilə münasibətimi bərpa etmək istəyirəm”.

Mərhum İlhamə Quliyeva, prodüser Tarix Əliyev iki məşhuru barışdırmaq istəsə də, buna nail ola bilməmişdilər.

Rəqsanə


Müəllif: