15 Sentyabr 2016 13:38
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gecəyə nifrət edirəm. Səni məndən, bizdən alan bu gecəni heç vaxt bağışlamayacağam. Sən həyatımda ilk sevdiyim, ilk həsəd apardığım, dərdimi bölüşdüyüm kişi oldun”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə yazıb.

Atasını xatırlayan aparıcı onunla bağlı təəssüratlarını bölüşüb: “Məni qadın cildində mərd bir kişi kimi böyütdün. Dünyanın o başına getsəydim, gözünü qırpmazdın, “Ürəyim buz kimidir. O mənim erkək qızımdır” deyərdin. Mənim sağlamlığımı düşünüb, mən gedəndən sonra son mənzilə biletini aldın. Son dəfə yanında ola, səni son mənzilə yola sala bilməmək ürəyimə bir başqa dağ çəkdi. Bunun acısını kimsə mənim kimi bilə bilməz.

Düşüncəmdəki əsl kişi obrazı, səbrli, dözümlü, mərd adam, qayğıkeş həyat yoldaşı, əvəzolunmaz ata, əlləri qızıl sənətkar, müəllim, dostum, sirdaşım, hər şeyim sən idin ata. Bu həyatda sənə rəqib tapmadım və indi bu yaşımda səhvlərdən keçə-keçə, həyatı öyrənə-öyrənə anlayıram bunu.

Dünyanın gərdişi dəyişsə, bir dilek şansım olsa, tanrımdan səni qaytarmağını istəyərdim. Çünki o soyuq qara daş sənin kimi saçlarımı oxşamır, öpmür gözlərimi, arxandayam deyib güvən vermir, qara daşdan sənin qoxun gəlmir. Bircə ümidim var, səni görəcəyəm. Sənə çox ehtiyacım var, ata”.


Müəllif:

Oxşar xəbərlər