Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan "10-dan sonra" verilişində həmkarı Rəqsanə İsmayılova haqqında səsləndirdiyi fikirlərlə yeni qalmaqalın əsasını qoyub.
O, Rəqsanə İsmayılovanın efirə çıxdıqdan sonra şou-biznesdə dərəbəylik yaratdığını, efirdə ağzına gələni danışdığını, prodüserləri ilə canlı efirdə dalaşdığını deyib.
Elza Seyidcahan Teleqraf.com-a açıqlamasında həmkarı haqqında səsləndirdiyi ittihamların səbəbini açıqlayıb: "Rəqsanənin xasiyyətinə bələdəm, çox mərd qızdır. Onun anasını da çox sevirəm. Eşitdiyimə görə, gündə evlərinə 30 çörək alırlar. Çünki evə gələn insanı yedizdirməmiş buraxmırlar. Rəqsanənin yanında olanlar, onun sayəsində pul, uğur qazanıblar, indi onu uçuruma yuvarlayıblar.
Məsələn, Rəqsanə lazım olmayan əməliyyatlar etdirdi. Dəfələrlə özü də şikayət edib ki, üzümü pis günə qoyublar, çopur-çopur ediblər. Dodaqlarıma gel qoyublar, sonra çıxarıblar. Bu insanın bədəninə xəsarət yetirməkdir. Ona görə də verilişdə iştirak edən psixoloqun insanlara onu nümunə çəkməsi doğru deyildi. Dediyim kimi, Rəqsanənin özü uçuruma yuvarlanmış insandır. Mən onun barədə pis söz deməmişəm, tənqid etməmişəm. Rəqsanə yaxşı qızdır, amma sənətkar başqa, yaxşı qız başqa".
Əməkdar artist "Rəqsanə İsmayılovanı sənətkar hesab etmirsiniz?" sualına belə cavab verib: "Mən arzu edirəm ki, Rəqsanə sənətkar olsun. Üzərində çalışır, layihələr edir, bir müddət muğam dərslərinə getdi. Mən də əməkdar artist olmağıma baxmayaraq, özümə sənətkarların qarşısında sənətkar demirəm".
Məsələ ilə bağlı Rəqsanə İsmayılovanın mətbuat katibi Nara Əliyeva ilə əlaqə saxladıq. O, bu qalmaqal barədə açıqlama verə bilməyəcəyini dedi.
Rəqsanə