15 Sentyabr 2016 23:14
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Qven Stefani və musiqiçi Bleyk Şelton tezliklə toy etməyi planlaşdırırlar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, teleşoulardan birində iştirak edən Qven toy barədə suala "Bu, tezliklə baş verəcək" deyib.

Yaxınları bildirir ki, cütlük ilin sonuna kimi evlənməyi nəzərdə tutub:

"Onlar çox xoşbəxtdirlər. Bleyk Qvenin yanında çox xoşbəxtdir. Vaxtlarının çoxunu da bir yerdə keçirirlər".

Xatırladaq ki, 46 yaşlı Q.Stefani ilə 40 yaşlı B.Şelton "Voice" şousunun münsiflər kürsüsündə tanış olublar.

Şelton həyat yoldaşı Miranda Lambertlə boşandıqdan sonra Qven də üç oğlunun atası Qevin Rossdeyldən ayrılıb.


Müəllif:

Oxşar xəbərlər