Hollivud aktrisası Monika Belluçi “GQ” jurnalına müsahibəsində şəxsi həyatından danışıb.
Teleqraf.com-un məlumatına görə, aktrisa müsahibəsində sevgidən başqa hər şeydən doyduğunu deyib: "Dadlı yeməkləri və eşqlə məşğul olmağı sevirəm. Qalan şeylər mənim üçün həyatın kiçik detallarıdır”.
Sentyabrın 30-da 52 yaşı tamam olacaq Belluci qeyd edib ki, insan yaşlandıqca ehtirasları nəinki kütləşmir, əksinə bu yöndə yeniliklər axtarışında olur. Yaşlandıqca seks daha zövqverici olur. Gəncikən seks tamamilə hormonlarla bağlı olur. İnsan yaradıcılığı ilə əlaqəli olmur. Amma yaşlandıqca insan seksə öz yaradıcılığını əlavə edir və bu çox möhtəşəm bir şey olur.