17 Sentyabr 2016 14:31
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Şakiranın intaqramda paylaşdığı foto gündəm yaradıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Şakira ayaq barmaqlarına dırnaq boyası istifadə edərkən çəkdirdiyi fotonu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

39 yaşlı müğənninin fotosundakı bir detal izləyicilərin diqqətindən yayınmayıb. Müğənninin stolunun alt qatındakı bənövşəyi oyuncağa görə heyranları Şakiranın sevgilisinə istinad edərək "Jerar Pike, bir şeyləri səhv edirsən" şərhini yazıblar.

Bəziləri də o bənövşəyi əşyanın stolun qıraqlarını tutan parça olduğunu qeyd ediblər.

Şakira isə şərhlərdən əsəbləşərək görüntünün metal lövhədən bir hissə olduğunu deyib: "İşığın rəngi və foto bucağı gözünüzü çaşdırır. Bu görüntüyə görə bir insanı mühakimə etməyə dəyməz".

Şakira tanınmış futbolçu Jerar Pike ilə sevgilidir.

Rəqsanə


Müəllif: