Xoşqədəm Hidayətqızının Xəzər televiziyasında “Bizə danış” verilişi yayımlanmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuşla birlikdə aparıcılıq etdiyi verilişə Türkiyənin məşhur müğənnisi Seda Sayan telefon vasitəsilə bağlanıb. O, Xoşqədəm Hidayətqızının ünvanına təriflər yağdırıb: “Sən mənim gəlinimsən, işini çox təqdir edirəm. Səni və Doğuşu çox sevirəm, sənə halal olsun”.
“Bizə danış” saat 16:00-dan 19:00-ə qədər Xəzərdə yayımlanacaq.
Rəqsanə