Narkotik ticarəti ilə məşğul olması səbəbindən həbsxanada cəza çəkən tanınmış model Simona Farrovun telefon danışıqları qeydə alınmasın deyə nəzarətçi ilə cinsi əlaqəyə girdiyi ortaya çıxdı.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Farrov məhkəmədə müdafiə oluna bilmək üçün telefon danışıqlarının qeyd edilməməsini istəyib. Buna görə də o, həbsxana nəzarətçisi ilə anlaşıb. Nəzarətçi seks müqabilində onun danışıqlarının qeydə alınmamasına razılaşıb.
Penthous jurnalı üçün modellik etmiş Farrov 2009-cu ildə Avstraliyaya metafetamin keçirərkən saxlanılıb və ötən həftə 11 il həbs cəzasına məhkum edilib.
Nihad