“Bunun təxribat olduğunu düşünmürəm. Amma mənə çox maraqlıdır ki, bu kostyumları oğurlayanlar nə düşünüblər”
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Murad Dadaşov prodüseri olduğu “Bayram axşamı” filminin çəkilişi zamanı aktyorların istifadə etdikləri paltarların və milli geyimlərin naməlum şəraitdə oğurlanmasıyla bağlı danışarkən deyib.
“Hadisə iki həftə öncə - çəkilişdən sonra baş verib. Geyimlər bir yerə yığılıb, gözləyiblər ki, araba gəlsin. Həmin bir neçə dəqiqədə nəzarətsiz qalıb. Mən bilən İçəri şəhərli qadınlardan biri cəhd edib ki, onlara kömək etsin. Kömək etməyinin də nəticəsi belə olub. Biryolluq kömək edib”.
Murad Dadaşov bu hadisənin çəkilişlərin dayanmasına səbəb olmadığını deyib: “Çəkilişlərimiz dayanmayıb. Çünki bütün geyimlərin dublikatı vardı. Polis əməkdaşlarına təşəkkür edirəm. Onlar çox böyük iş görürlər, geyimlər tapılmaq üzrədir”.
Nərmin