Tanınmış aktrisa, əməkdar artist Kəmalə Hüseynova dünən avtomobili ilə qəzaya düşüb.
Bu haqda aktrisa açıqlama verib:
"Dünən Türkiyə səfirliyinin yanında avtomobilimdə oturmuşdum. Böyük bir yük maşını sağ tərəfdən böyük sürətlə avtomobilimi əzdi. Bilmirəm, fikri nə idi? Heç nə anlamadım. Maşınımın hər tərəfi çilik-çilik oldu. Özümü silkələdim, başım sükana dəydi. Amma böyük xəsarət almamışam. Maşın hal-hazırda servisdədir".
Milli.Az