20 Sentyabr 2016 23:30
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova həmkarı Elza Seyidcahanın gec də olsa, cavabını verib.

Qeyd edək ki, bir neçə gün öncə Elza Seyidcahan "10-dan sonra" verilişində Rəqsanə İsmayılovanın efirə çıxdıqdan sonra şou-biznesdə dərəbəylik yaratdığını, efirdə ağzına gələni danışdığını, prodüserləri ilə canlı efirdə dalaşdığını tənqid edib.

Rəqsanə susqunluğunu qoruya bilməyib. Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkədə həmkəranının ünvanına bu sözləri yazıb: "Neçə gündür ki, məni istəyən dəyərli dostlarım yazır ki, niyə Elza Seyidcahana cavab vermirsiniz? Allah bizə ağıl, dərrakə verib. Elza anadır və iki övladı var. Əgər o, xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün çıxmır. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik. Düşmən deyilik ki, bir-birimizi qıraq. Mən bu haqda Elza xanımın özünə yazdım. Heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdandır. Heç kimdən nə çəkinirəm, nə də qorxuram.

Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. Anamın fikirləri mənim üçün çox önəmlidir. O, mənə dedi ki, bala, nə deyib Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin siz də mənim fikirlərimi yaxsı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir.
Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar. Həmişə susaraq işlərimizi görək, öpürəm".

Rəqsanə


Müəllif: