22 Sentyabr 2016 17:47
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan əməkdar artist Zemfira Sadıqova maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, “Dəli Kür” filmində Mələk obrazı ilə tanınan aktrisa ekran işi ilə bağlı xatirələrini bölüşüb: “O dövrdə açıq-saçıq səhnələr, öpüşmək yox idi. Öpüş səhnələri yer alan filmlər belə olmurdu. "Dəli Kür" filmində tərəf müqabilim olan Ələddin Abbasovla bir səhnəmiz vardı. Orada o, mənə hədiyyələr verdiyi zaman sevinərək, oturduğum yerdən anidən qalxdım. Qorxub, özünü geri çəkdi.

Atam bu obraza görə mənə uğurlar arzuladı və rolumun öhdəsindən gözəl gəldiyimi bildirdi. Oğlum baxanda isə, bir daha belə filmlərə çəkilməyimi istəmədi. Dedi ki, daha açıq-saçıq səhnələrə çəkilmə”.


Müəllif:

Oxşar xəbərlər