23 Sentyabr 2016 18:39
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergi borcları səbəbindən ölkədən çıxışı yasaqlanan, daha sonra Azərbaycanı tərk etdiyi deyilən müğənni Abbas Bağırov məsələyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkədə ona yönəlik ittihamlara cavab verib: “Ölkəni tərk etməmişəm. Əgər çıxışıma qadağa qoyulubsa, inşallah, qadağamız da, cəriməmiz də aydınlaşdırılıb yoluna qoyular!

Azərbaycandayam, vətənimdəyəm. Şükür Allaha ki, böyük cinayət törətməmişəm, qanun hamı kimi mənim üçün də qanundur. Allah hər bir çətin anlarımızda yardımçımız olsun!”

30 min manat vergi borcu olan müğənninin adını Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan şəxslərin siyahısına daxil edib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər