"Eurovision 2011" qalibi Eldar Qasımov Amerikaya köçəcəyi haqqında yayılan xəbərdən danışıb.
O, Teleqraf.com-a açıqlamasında vətəndən köçməsini şayiə adlandırıb:
"Heç yerə köçmürəm. Əgər hansısa biznes və başqa peşənin sahibi, müəllim, həkim olsaydım, Amerikaya köçərdim. Çünki orada daha çox pul qazanardım. Amma elə peşənin sahibiyəm ki, fəaliyyətim həm burada, həm də orada çətindir. Təbii ki, Azərbaycanda davam etmək daha asandır. Çünki tanınıram".
Eldar Qasımov şəxsi həyatından da danışıb: " Şəxsi həyatımda hər şey yaxşıdır. Hər şeyi görürsünüz".
Bir müddət əvvəl Eldar Qasımovun Amerikaya köçməsi haqqında xəbər yayılmışdı.
Rəqsanə