30 İyun 2014 12:47
2 347

Azəri qızı Günel (Zeynalova) nişanlısı ilə bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayıb, yaradıcılıqla məşğul olan müğənni “Şoubiz+” verilişinə açıqlamasında bu günlərdə Azərbaycanda olan nişanlısı İnanc Başəyməzin Bakını çox bəyəndiyini deyib:
“Nişanlım, İçərişəhəri çox sevdi. Onu da deyə bilərəm ki, qutabımız üçün ürəyi gedir. Azərbyacanı çox sevdi”.

Hər zaman sosial şəbəkələrdə nişalısına “fındıq” deyə müraciət edən müğənni onun bu sözdən heç də xoşlanmadığını deyib:

“Bu sözü ona ancaq mən deyə bilərəm. O, bu verilişə baxan zaman bu söhbətə toxunduğumuzu görsə çox əsəbləşəcək”.

Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyunundan nişanlanıb.

Aytən Həsənova


Müəllif: