30 İyun 2014 12:53
3 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Üzeyir Mehdizadə növbəti özünəməxsus açıqlamasını verib.

Teleqraf.com xəbər verir ki, ifaçı “Şoubiz+” verilişinə heç bir zaman canlı oxumadığını deyib:

“Mən bu günə qədər canlı oxumamışam. Elə gün gələcək ki, canlı oxumağım da böyük səs-küy yaradacaq. Canlı oxuduğum çoxdan olub. Onda hələ müğənni kimi təzə-təzə tanınırdım. Sonra fikirləşdim ki, canlı oxumağı saxlamaq lazımdır. Bunu sürpriz kimi sonra üzə çıxararıq”.

Müğənni xalq artisti Aygün Kazımova ilə birgə yeni duet oxuyacağını deyib. Bildirib ki, oxuyacaqları mahnının mövzusu sevgi olacaq.

Aysel Şirinzadə


Müəllif: