28 Sentyabr 2016 12:23
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən tanınmış model Günay Musayeva Teleqraf.com-a müsahibə verib.

- Günay xanım, Bakıya gəlişiniz işlə bağlıdır?

- Xeyr, ailəmlə bağlı gəlmişəm. Axşam Türkiyəyə, oradan da Beyruta gedəcəm. Oğlum Cahangir də mənimlə gəlib, valideynlərimin yanındadır. Beyrutda kiçik bir əməliyyat keçirəcəm. Orada Hollivud ulduzlarının həkimləri fəaliyyət göstərir. Bu burun, qulaq əməliyyatı deyil (gülür). Amma əməliyyatın adını deyə bilməyəcəm.

- Türkiyədə tanınmış modelsiniz. Gələcəkdə dünyada tanınmaq, İrina Şeyklə eyni dəfilədə iştirak etmək kimi arzunuz varmı?

- İnşallah, o da olar. Amma daha çox Hollivudda aktrisa kimi tanımaq, film və seriallara çəkilmək istəyirəm.

- Yeni sezonda sizi hansısa serialda görəcəyikmi?

- Bəli, Show TV-də seriala çəkilirəm. Serialda mafiyoz obrazını canlandırıram.

- Bir müddət əvvəl keçmiş həyat yoldaşınız Tolqa Karel aliment vermədiyinə görə məhkəməyə müraciət edəcəyinizi demişdiniz...

- Xeyr, məhkəməyə vermədim. Aliment də tələb etmirəm.

- Yenə də alimenti ödəmir?

- Xeyr, ödəmir.

- Türkiyə mətbuatında iş adamı Öncü Sönməzlə sevgili olduğunuz yazılıdırmı. Bu, doğrudurmu?

- Xeyr, doğru deyil, şayiədir. Həyatımda heç kim yoxdur. Hər zaman Türkiyə mediasında bu haqda yazırlar. Hazırda sevdiyim insan yalnız oğlum Cahangirdir. Sevgilim olanda açıqlayacam.

- Yaxın günlərdə oğlunuz Cahangir xeyriyyə dəfiləsində iştirak etdi. Gələcəkdə onun model olmasını istərdinizmi?

- Valideynlərim məni sərbəst böyüdüb. Onlar model olmağımı istəmirdilər. Amma mən arzumun dalınca getdim və məqsədimə nail oldum. Ona görə də oğlumun seçiminə dəstək olacam. Hansı sahəyə gedəcəyini özü müəyyən edər. Model yox, amma incəsənət sahəsinə gəlməsini istəyərəm.

Rəqsanə

FOTO: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər