30 İyun 2014 14:50
2 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müğənni musiqiçi İqor Krutoy övladlığa götürdüyü qızı Viktoriyanı ərə verib.

Teleqraf.com bildirir ki, 29 yaşlı gənc xanım artıq bir neçə ildir sevgili olduğu David Berkoviç ilə ailə həyatı qurub. Cütlüyün toy mərasimi yaxın dostların əhatəsində baş tutub.

Viktoriya və David daha bir yığıncaq keçirmək istəyirlər. Monakoda "Club Monte Carlo"da açıq havada baş tutan mərasimdə ailəyə yaxın olan məşhur iş adamları və Rusiyanın sevilən pop ifaçıları da olublar. Gənclərin ətrafı ağ və digər rənglərdə olan gözəl güllərlə bəzədilib.

Fəxri qonaqların sırasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Araz Ağalarov, həyat yoldaşı, qızı və bəstəkar müğənni olan oğlu Emin Ağalarov da olub. Rusiya səhnəsindən isə aparıcı Andrey Malaxov həyat yoldaşı ilə, Lev Leşenko, Yana Rudkovskaya, Alsu, Yan Abramov, İosif, Layma Vaykule və digər tanınmışlar mərasimdə iştirak ediblər. /ans press/

Qeyd edək ki, Viktoriya həyat yoldaşı ilə 15 yaşından görüşməyə başlayıb. Möhtəşəm toy mərasimindən olan fotoları oxuculara təqdim edirik:


Müəllif: