29 Sentyabr 2016 15:17
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatun Əliyeva həmkarı Xumar Qədimova ilə bağlı etiraf edib.

Teleqraf.com xəbər verir ki, sənətçi aparıcısı olduğu "Zarafat-zarafat" verilişində X.Qədimovanın ondan küsdüyünü deyib: "Heç yerdə demədiyim sirrimi açacam. Bir dəfə müğənnilərin yanında Xumar xanımı parodiya etdim, xəbəri ona çatdırdılar. Həmkarlarımdan biri gəlib dedi ki, Xumar Qədimovanı parodiya etmə. Cavab verdim ki, ondan xoşum gəlir, edəcəm. Bir dəfə məclisdə idim, Xumar Qədimova gəldi. Onu görüb qaçmaq istədim, alınmadı. Fikirləşdim, mikrofonla ona salam verim, yaltaqlanım, yenə də baş tutmadı. Axırda onun əyləşdiyi stola yaxınlaşıb, diz çökdüm ki, bağışlayın. Qayıtdı ki, "get". Məclisdən necə getdimsə, arxaya da baxmadım".


Müəllif: