30 İyun 2014 15:36
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namiq Qaraçuxurlu oxuduğu yeni mahnısından danışıb.

Teleqraf.com xəbər verir ki, ifaçı “10Lar” verilişinə açıqlamasında “Mənim” adlı yeni mahnısından söz açıb. Meyxanaçı onu tükənən ifaçılar sırasında görənlərə zarafatyana hədə-qorxu da gəlib:

“Haqqımda kim elə deyir? Onun başını, qulağını kəsərəm. Əksinə, üzərimdə işləyirəm, çalışıram. Yeni mahnıma gəlincə, həzin bir mahnıdır. Sözləri və musiqisi mənə aiddir. Bu mahnım üçün ürəyim gedir. Gündə 5-6 dəfə qulaq asıram. Mənə elə gəlir ki, əsl sevgi elə bir dəfə olar. İlk və son olar. Deyim ki, özüm də xoşbəxtliyə doğru gedirəm”.

Son günlər adının rəqqasə Oksana Rəsulova ilə hallanmasından narahat olduğunu dilə gətirən meyxanaçı “özləinin böyük günahlarını ört-basdır etmək üçün bu məlumatı yaydılar”, - deyə bildirib:

“Mən də kişi xeylağı olaraq susdum. İnsanlar da buna inandılar. Bu söhbətlərə görə Oksana ilə bizim dostluq münasibətlərimiz də pozulub. Oksanın və mənim şəxsi həyatım var. Bizi yaraşdırmaq lazım deyil”.

N.Qaraçuxurlu evlənməsi ilə bağlı da danışıb. Deyib ki, toyu qapalı keçiriləcək:

“Həyat yoldaşımı kimsəyə göstəməyəcəyəm. Toy etsəm də, məclisdə yalnız kişilər olacaq. Gəlini də görməyəcəklər. Mən toyu, tamaşaçılar və ya media üçün yox, özüm üçün edirəm”.

Aysel Şirinzadə


Müəllif: