Rafet El Romanın boşanmağa hazırlaşdığı həyat yoldaşı etiraf dolu barışıq məktubu alıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 ay öncə evlərini ayıran Ceren Kaplakarslan-Rafet El Roman cütlüyünün boşanacaqları gözlənilsə də, süpriz hadisə baş verib.
Cerenin Rafetə göndərdiyi məktubda maraqlı etiraflar yer alıb. O, Rafetdən ayrılma səbəbini övlad sahibi olmaq istəyinə bağlayıb: “Rafetim, bağışla məni. Səni 6 oktyabrda məhkəmədə deyil, altı il əvvəl görüşdüyümüz yerdə və saatda gözləyirəm. Ümid edirəm ki, gələcəksən. Boşanmağıza bir səbəb görmürəm. Çünki səndən bir övladımın olması arzumun reallaşmasını sonraya saxlaya bilərəm. Səni qısqandırmaq, qürurunu qırmaq istədim. Amma təəssüf ki, hər şeyi bərbad etdim, çıxan yalan-yanlış xəbərlər isə əslində, mənə zərər verdi.
Səni sevməkdən heç vaxt vazkeçmədim. Məni sevdiyini də bilirəm, çünki bunu hiss edirəm. Ona görə də xahiş edirəm, danışaq”.
Pərvin