30 İyun 2014 15:41
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılova solo konsert proqramı ilə çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, hava şəraitinin küləkli, yağışlı keçməsi bəzi insanlarda konsertin təxirə düşməsi ehtimalını yaradıb.

Müğənni özü açıqlama verib ki, konsert təxirə düşməyəcək. Səhnəyə çıxmaq üçün hazırlaşan sənətçi tamaşaçılarının “Sevgililər gün”ünə həsr edilən konsertinə gələcəklərini bildirib:

“Səhərdən yüzlərlə zəng olub. Hamı hava şəraitindən asılı olmayaraq konsertə gələcəklərini bildirib. Mən də böyük əhval-ruhiyyə ilə onların qarşısına çıxıb, mahnılarımı səsləndirəcəyəm”.

Xatırladaq ki, xeyriyyə konsertinə giriş sərbəstdir. Müğənninin öz təşkilati dəstəyi ilə reallaşacaq konsertdə müğənni qızı Aysunun geyim kolleksiyasından əlbisələrlə səhnəyə çıxacaq.

Aytən Həsənova


Müəllif: