30 İyun 2014 16:21
2 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tatunun bu qədər səs-küyə səbəb ola biləcəyini gözləmirdim. Bununla bağlı bir yazını neçə minlərlə insan oxudu. Yazıq Tünzalə mahnı yazır, heç bu qədər ajiotaj olmur. Bu tatuaj deyil, xınadır”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri “Qovuş ona” klipinin təqdimatında jurnalistlərə açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib. Onun sözlərinə görə, xınanın üzərinə “body-art” əlavə olunub:

“Yəni bu qədər iş qalıb bir tərəfdə mənim qolum sizi maraqlandırır? Axşam televizorda klipdən heç nə görməyəcəksiniz, mənim qolumdan danışacaqlar. Yenə deyirəm, bu, tatu deyil, ömürlük qolumda qalmayacaq. Çünki “body-art” uzağı bir həftə yaşayır. Bu, bir naxışdır, bəzəkdir və mən belə şeyləri sevirəm. Bu gün dünyada çox qadın xına, “body-art”la bədənlərində, üzlərində müxtəlif rəsmlər çəkirlər. Hətta ola bilər ki, sabah qolumda gül-çiçək yox, kəlmələr görə bilərsiniz. Vaxtilə bunu etmişəm də. O vaxt xına ilə ilk dəfə böyük Şəms Təbrizinin bir kəlməsini yazdırmışdım: “Könlün dəyişərsə, dünya da dəyişər”. Sonra elə alınmışdı ki, “Könlün dəyişərsə” sözü silinmişdi və çox gülməli vəziyyət yaranmışdı. Bu dəfə sözdən vazgeçdim, söz uzun olur və silinmək təhlükəsi var. Məncə, həmkarlarımın çoxunda tatuaj görə bilərsiniz, ona görə mənim xınamın bu qədər səs- küy yaradacağını təxmin etmirdim”.

Nərmin


Müəllif: