Türkiyənin tanınmış aktyoru Nejat İşlər və aktrisa Serenay Sarıkayanın Bakıya səfəri gözlənilir.
Bunu Teleqraf.com-a açıqlamasında Nizami Kino Mərkəzinin mətbuat əlaqələndiricisi Arzu Əhədova deyib.
Onun sözlərinə görə, hazırda hər iki sənətçiylə danışıqlar aparılır: “Nejat İşlər və Serenay Sarıkayanın “İkimizin yerinə” filminin Qala gecəsində iştirak məsələsi 60 faiz həll olunub. Amma daha dəqiq məlumat yaxın günlərdə bilənəcək”.
“İkimizin yerinə” filminin Qala gecəsi oktyabrın 26-da baş tutacaq.
Filmin treyleri yayımlanan gündən böyük səs-küyə səbəb olub.
Gözəl bir kənd qızının ədəbiyyat müəlliminə olan sevgisindən bəhs edən ekran əsərinə ikilinin romantik səhnələri damğa vurub.
Nərmin