30 İyun 2014 16:45
2 409

“Bu yaşda qaş-göz edib, mahnı oxumaq olmaz”

Uzun illərdir küsülü olan xalq artistləri İlhamə Quliyeva və Flora Kərimova arasında qalmaqal yenidən alovlana bilər.

Teleqraf.com xəbər verir ki, buna səbəb Flora Kərimovanın “Hər şey daxil” verilişində İlhamə Quliyevanın “Yaşın nə fərqi var ki...” mahnısını zümzümə etməsi olub. Mahnını zümzümə edən sənətçi “bəs niyə biz bu ifadəyə pis baxırıq? Yaşın nə fərqi var ki?” deyərək sanki qarşı tərəfə atmaca atmış olub.
İ.Quliyeva həmkarının bu atmacasını cavabsız buraxsa da, F.Kərimova Teleqraf.com vasitəsilə yenidən məsələyə münasibətini bildirib: “Mahnını İlhamə xanımın hərəkərlətinə istehza edərək oxumuşam. İlhaməyə demək lazımdır ki, bu yaşda “Yaşın nə fərqi var ki...” mahnısını oxuyub, qaş-göz eləmək olmaz”.

F.Kərimova İ.Quliyeva ilə heç bir zaman barışmayacağını da deyib: “Heç bir barışıq söhbəti ola bilməz. Biz mənəvi cəhətdən müxtəlif adamlarıq. Onun etdiklərini, davranışlarını özümə götürə bilmərəm. Barışmaq onun yanında durmaq deməkdir. Mən bunu özümə rəva bilmərəm. İlhamə, özünü düz apar. Düşünürəm ki, İlhamə Quliyeva kimi qadın cavanlara örnək ola bilməz”.

Xalidə


Müəllif: