30 Sentyabr 2016 21:53
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti İlhamə Quliyevanın prodüsseri kimi tanınan Faiq Ələkbərlinin həbs ediləcəyi haqqında xəbərlər gündəmi zəbt edib.

Prodüsser İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın videosunu gizli çəkərək mətbuata yaymasında günahlandırılır.

Vəkil Ruslan Əhmədoğlu hadisəylə bağlı Teleqraf.com-a açıqlama verib. O, prodüsseri müdafiə edib: “Faiq haqqında səsləndirilənlər ittiham yox, fərziyyələrdir. İstintaq fərziyyəyə deyil, dəlillərə, sübutlara söykənir. Faiq haqqında ittiham olsaydı, çoxdan istintaqa cəlb edərdilər. Fakta görə Mehriban Hüseynovanı həbs ediblər. O vaxt da istintaq onu müəyyən edib. İstənilən qanunu pozan şəxs həbs edilə bilər. Mən Faiqi tanımasam da onu müdafiə edirəm. Əgər istintaq gedişində bu kimi hallar müəyyən olunsaydı, Faiqi çoxdan həbs edərdilər”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər