Stilist Elnur Həsənov müğənni Günay İbrahimlinin onun barədə dediyi fikirlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Elnur “Xəzər maqazin”ə açıqlamasında Günayın “Elnuru mən tanıtmışam” sözlərinə cavab verib: “Onunla duz-çörək kəsmişik. Vizajistin sabah da işi olacaq, pulunu qazanacaq. Günay müğənnidir, toya gedir, qonorarını alır. Bizim bir-birimizdən asılılığımız yoxdur. Mənə “məsuliyyətsiz” deyir. Məni hamı yaxşı tanıyır, işimə də bələddirlər.
Deyir onu mən tanıtdım. Elnur bu işə başlayanda tanınmış müğənnilər ətrafında idi. Televiziyada çalışanda, adım aparıcılarla hallanırdı. Günay “Yeni ulduz”da və “Eurovision”da olanda mənim yanıma gəlirdi. Deməli, tanınırdım ki, mənim yanıma gəlirdi. Dostlaşandan sonra isə ən yaxşı şeyləri ona edirdim, mənə qulaq da asırdı”.
Rəqsanə