3 Oktyabr 2016 18:57
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyasını dəyişən oğlumun bir yadigarı qalıb - adı Ağəlidir, 13 yaşı olacaq. Rəbbim o günə qədər ömür qismət edərsə, minnətdar olaram. Yaşamasam da bu, alın yazısıdır. Torpaqdan gəlmişik, torpağa da gedəcəyik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində əməkdar artist Kübra Əliyeva deyib.

O, ekran və səhnə əsərlərində bir daha oynamayacağını vurğulayıb: “Səhnəni yuxuda görürəm. Bir tamaşada oynamağı çox istərdim. Amma istəməklə deyil, ona güc lazımdır. Çünki çəkilişlərdə olan əziyyətə dözə bilmək lazımdır. Kimyaterapiyalar insanı yarımcan edir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər