“Oktyabrın 18-də oğlumun üç ayı tamam olacaqdı. Elə bilirəm ki, məni duyur, eşidir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişində aktrisa Xuraman Əlizadə deyib. Aktrisa nəfsə inandığını da etiraf edib: “Əvvəllər nəfsə inanmırdım. Amma həyatımda bəzi hadisələr baş verdikdən sonra çox qorxmağa başladım. Ona görə ikinci dəfə ailə qurmağımı gizli saxladım. Həyat yoldaşımın adı Muraddır. Məni heç yerə tək getməyə qoymur”.
Rəqsanə