30 İyun 2014 22:08
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur müğənni Selena Qomez 20 yaşlı keçmiş sevgilisi olan pop ifaçı Castin Biberi özünə qaytarmağa yollar axtarır.

ANS PRESS-in məlumatına görə, 21 yaşlı Selena Castinin diqqətini çəkmək üçün süd vəzilərini böyütmək fikrinə düşüb.

İfaçı qalmaqallardan əksik olmayan Biberi həmişəlik itirməmək üçün seksuallığa əl atıb: "O elə düşünür ki, Castini əlində saxlamaq üçün dünyanın ən cazibədar qadını olmalıdır. Selena münasibətləri korlandığı zaman Biberin gəzdiyi qızları gözdən keçirib və xırda detallara qədər nəzərdən keçirib", - xarici media məsələni bu cür şərh edib.

Selena Qomezə yaxın olan insanlar isə bildiriblər ki, sənətçi bu halı ilə belə gözəl olmasına baxmayaraq doğrudan da plastik əməliyyat keçirmək istəyir.


Müəllif: