5 Oktyabr 2016 18:12
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Esra Erolun evlilik verilişinin iştirakçılarından biri Zuhal Topalın proqramına gedib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Esra Erolun proqramına gələn rus gözəli Luvrita rəqib proqramda bəy namizədlərini axtarmağa davam edəcək. Keçən sezon İbrahim adlı iştirakçı da Zuhal Topalın proqramına üz tutmuşdu.

Ən güclü rəqibinin verilişindən iştirakçı "oğurlaması" Zuhalı sevindirib.

Luvrita ilə İbrahim Esra Erolun evlənmə verilişində sevgili olublar. İbrahim proqramda keçmiş sevgilisini görəndə “Niyə bura gəldin?” sualını ünvanlayıb.

Esra Erol ilə Zuhal Topal məhkəmədə qarşı-qarşıya gəliblər. Hər iki veriliş bir-biri ilə rəqabət aparır.

Rəqsanə


Müəllif: