Kirayə götürdüyü ofisində girov olan modelyer Leyla Əhmədovadan yeni xəbər var.
Teleqraf.com xəbər verir ki, Leyla Əhmədova məkanın sahibi Nizami Ağayevin ünvanına ittihamlar səsləndirib: “Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu məsələdə dövlətimizin dəstəyinə inanıram. Nizami Ağayev deyir ki, mənim öz qanunlarım var. Amma əminəm ki, iş tezliklə həll olunacaq”.
Leyla Əhmədova “Nizami” metrostansiyasının yaxınlığında yerləşən altımərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə götürüb.
Modelyer iddia edir ki, Nizami Ağayev qanunsuz şəkildə, heç bir kompensasiya ödəmədən onu kirayə götürdüyü yerdən çıxarmaq istəyir.
Aylin