Bakını tərifləyən dünya şöhrətli aktrisa Urqantın verilişində - VİDEO
Dünya şöhrətli italyalı aktrisa Ornella Muti "Veçernıy Urqant” verilişinin qonağı olub.
Teleqraf.com baku.ws-ə istinadən xəbər verir ki, 61 yaşı olmasına rəğmən cazibədarlığını qoruyub-saxlayan aktrisa cavan və gözəl qalmağının sirrini rus kökənli olması ilə əlaqələndirib.
Yeri gəlmişkən, qeyd edək ki, Ornella Muti 2013-cü ildə Bakıda "Crystall Plaza”da keçirilən San-Remo ulduzlarının konsertində aparıcı olub.
Hətta həmin ərəfədə İtaliyanın kino divası sosial şəbəkələrdə sözügedən konserti fantastik, Azərbaycanın paytaxtını isə çox gözəl adlandırmışdı. Məhz buna görədir ki, aktrisa 2015-ci ildə yenidən paytaxtımızın qonağı olmuşdu.
"Veçernıy Urqant” verilişinin Ornella Mutinin qonaq olduğu buraxılışını təqdim edirik: